Bank Of Baku

Səbail rayonunda gül bayramı keçirilib - FOTOSESSİYA

Səbail rayonunda gül bayramı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 09 may 2013 13:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Səbail rayonunda yerləşən “Sahil bağı”nda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilib.

 

APA-nın məlumatına görə, bayramla əlaqədar şəhərin mərkəzindəki «Sahil bağı»nda lazımi abadlıq işləri aparılıb, park bəzədilib, rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq tədbirləri görülüb.

 

Rayonun ali, orta və orta ixtisas məktəblərinin, səhiyyə müəssisələrinin, Uşaq yaradıcılıq mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, gül kompozisiyaları nümayiş etdirilib.

 

Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatı Fuad Muradov, rayonun idarə və təşkilatlarının, ictimai təşkilatlarının nümayəndələri də bayram tədbirində iştirak edib.

 

Rayondakı Dövlət İqtisad, Pedaqoji və Qərb Universitetlərinin, 18 orta məktəbin, 18 uşaq bağçasının, 2 Uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzinin şagirdlərinin, səhiyyə və rayonun bir sıra digər təşkilat və müəssisələrinin kollektivlərinin nümayiş etdirdikləri gül kompozisiyaları, müxtəlif heyvanların, tarixi yerlərin güldən hazırlanmış maketləri və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş sənət nümunələri, xüsusilə də Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın muncuqdan hazırlanmış portretləri nümayiş olunub. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi  şəkillər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

 

Bayram zamanı orta və məktəbəqədər təhsil müəssisələrinin uşaqları H.Əliyevə həsr olunmuş şeir və mahnılarla çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR