Bank Of Baku

Səhiyyə Nazirliyi “Sağlam həyat uğrunda” profilaktik tədbirlər aylığı keçirəcək

Səhiyyə Nazirliyi “Sağlam həyat uğrunda” profilaktik tədbirlər aylığı keçirəcək
# 23 noyabr 2012 09:51 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva- APA. Səhiyyə Nazirliyi dekabrın 1-dən 31-dək “Sağlam həyat uğrunda” devizi altında profilaktik tədbirlər aylığı keçirəcək.

 

APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, bu tədbirlər ölkənin bütün regionlarını əhatə edəcək. Səhiyyə Nazirliyinin Elmi Tədqiqat İnstitutlarının direktorlarının rəhbərlik etdiyi briqadalar regionlarda əhalinin profilaktik məqsədlə müayinə edilməsində iştirak edəcək. Aylığın məqsədi insanları sağlam həyat tərzinə cəlb etmək və bunun üçün onları müayinələr aparmaqdır.

 

Nazir müavini deyib ki, xəstələndikdən sonra insanların müalicəsinin aparılması iqtisadi baxımdan baha başa gəlir: “İnsanların xəstəliklərinin vaxtında aşkarlanması və onlara xidmət etmək səhiyyə işçilərinin əsas borcudur. Bu aksiya ildə iki dəfə keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR