APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.
Onun sözlərinə görə, bu qanun təhsilin, elmin bütün istiqamətlərini özündə əks etdirməklə yanaşı, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına qədər bütün istiqamətləri özündə əks etdirir: “Motivasiya və elmə həvəsləndirmə qanunda əsas istiqamət olaraq öz yerini tutub”.
Ş.Hacıyevin fikrincə, elmlə məşğul olan gənclərə hərbi xidmətdən möhlət hüququ verilməlidir: “Xahiş edirəm ki, mənim fikrim düzgün ifadə olunsun. Mən hərbi xidmətdən azad olunmanın tərəfdarı deyiləm. Hər bir azərbaycanlı kişisi vətən qarşısında öz borcunu verməlidir. Burada söhbət möhlət hüququndan gedir. Yəni təhsilin fasiləsizliyini təmin etmək üçün möhlət hüququnun verilməsi əhəmiyyətlidir”.