Bakı. Könül Kamilqızı – APA. Son 10 ildə Azərbaycanda qeydiyyata götürülən şəkərli diabet xəstələrinin sayı təxminən 3,6 dəfə artıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şəkərli diabet üzrə Tədbirlər Proqramı çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb.
Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artaraq 180 minə çatıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.