Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin son iki ayında Səhiyyə Nazirliyinin “qaynar xətt” (9103) xidmətinə 845 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, daxil olmuş müraciətlərin 601-i şikayət olub. Onlardan 82-si əsaslı, 396-sı əsassız, 123-ü isə cari problemlərlə bağlı şikayətlər olub. 26 müraciət aidiyyəti üzrə olmayıb. Müraciətlərin 218-i isə sorğu xarakterli olub.
Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilib, qeydə alınıb və araşdırılıb. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə tədbirlər görülüb.