Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə ilə bağlı sualları cavablandıracaq

Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə ilə bağlı sualları cavablandıracaq
# 13 yanvar 2016 14:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 14-29 yanvar tarixlərində, iş günləri nəzərə alınmaqla, Təhsil Nazirliyinin “Feysbuk” səhifəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallara cavab veriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, suallar şərhlər vasitəsilə cavablandırılacaq.

Qeyd olunub ki, istifadəçilərdən təkrarlanan suallarla müraciət etməmək xahiş olunur: “Şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Habelə, müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR