Bank Of Baku

TQDK 2013/2014-cü tədris ili üçün tədbirlərin ilkin planını açıqlayıb

TQDK 2013/2014-cü tədris ili üçün tədbirlərin ilkin planını açıqlayıb
# 10 may 2013 15:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları və onlarla əlaqədar tədbirlərin ilkin planını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsi mayın 19-da Bakı və bölgə mərkəzlərində, II mərhələsi isə iyunun 23-də yalnız Bakıda keçiriləcək. Magistratura pilləsi üzrə magistraturaya proqram seçimi 3-11 iyun, qəbul imtahanının II mərhələsi 23 iyun, ixtisaslaşma seçimi isə 26-28 iyun tarixlərində təşkil olunacaq. Ali təhsil müəssisələrinə III qrup üzrə qəbul imtahanı iyulun 14-də, I qrup üzrə qəbul imtahanı iyulun 21-də, IV qrup qəbul imtahanı iyulun 28-də, II qrup üzrə qəbul imtahanı isə avqustun 3-də keçiriləcək. Musiqi sənəti, Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı 18-24 iyul, Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı 25 iyul  -1 avqust, İdman istiqaməti üzrə qabiliyyət imtahanı isə 31 iyul-12 avqust tarixlərində keçiriləcək. Ali təhsil müəssisələrinə ixtisas seçimi 6-15 avqust, əlavə yerləşdirmə (bakalavriat) və orta ixtisas təhsili müəssisələrinin (tam orta təhsil bazasında)  müsabiqəsi və yerləşdirməsi 18-22 avqust tarixlərində aparılacaq. Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu 17 iyul-15 avqust, qabiliyyət imtahanlarına qeydiyyat 17-31 iyul, qabiliyyət imtahanları 5-13 avqust, qəbul imtahanı 25 avqust, boş plan yerlərinə ixtisas seçimi isə 9-12 sentyabr tarixlərində reallaşacaq. Rezidenturaya sınaq imtahanı avqustun 17-18-də, sənəd qəbulu avqustun 14-23-də, qəbul imtahanı isə sentyabrın 9-10-da keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR