Bank Of Baku

TQDK ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib

TQDK ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib
# 13 may 2013 07:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 15-də başa çatır. Göstərilən vaxta qədər abituriyentin “Elektron ərizə” si doldurmalı və mayın 17-dək mütləq təsdiq olunmalıdır. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

 

Qeyd edək ki, bu gün saat 10:00-a olan məlumata əsasən 86900 abituriyent internetlə “Elektron ərizə“ doldurub,  onlardan 78616 nəfərinin ərizəsi müvafiq qaydada təsdiq olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR