Bank Of Baku

TQDK mərkəzləşmiş buraxılış imtahanlarında iştirak etməyən 22 min şagird barədə məlumatları Təhsil Nazirliyinə təqdim edib

TQDK mərkəzləşmiş buraxılış imtahanlarında iştirak etməyən 22 min şagird barədə məlumatları Təhsil Nazirliyinə təqdim edib
# 26 noyabr 2012 08:42 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mərkəzləşmiş buraxılış imtahanlarında iştirak etməyən 22 min şagirdlə bağlı məlumatları Təhsil Nazirliyinə təqdim edib. Bu barədə APA-ya TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, siyahıda ölkədəki bütün rayonlar və məktəblər üzrə buraxılış imtahanlarında iştirak etməyən şagirdlərlə bağlı rəqəmlər əks olunub: “Həmin rəqəmlərə dair araşdırmaları Təhsil Nazirliyinin müvafiq şöbəsi aparmalıdır. Biz bu məlumatları prezident yanında Təhsil Komissiyasına da təqdim etmişik”.

 

Qeyd edək ki, TQDK-nın bu ilin yayında açıqladığı rəqəmlərə əsasən, XI sinif üzrə buraxılış imtahanlarında 90 min şagird iştirak etməli olsa da, 78 min şagird iştirak edib. 9 illik baza üzrə isə imtahanda iştirak etməli olan 125 min şagirddən 115 mini imtahana qatılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR