Bank Of Baku

Ukraynada 416-cı Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olacaq - FOTO

Ukraynada 416-cı Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olacaq - <span style="color: red;">FOTO
# 02 may 2013 12:25 (UTC +04:00)

Bakı – APA. Ukraynanın Nikolayev vilayətində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin sədr müavini Yunus Əliyevin şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunan 416-cı Azərbaycan divizyasının xatirə kompleksində tikinti və abadlıq işləri sona çatmaqdadır. Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyinin rəhbəri Möhsün Qədirovun APA-ya verdiyi məlumata görə, Nikolayev şəhərində yaşayan azərbaycanlılar abidə kompleksinin önündə iməcilik keçirərək ərazidə yaşıllıq zolağı salıblar.

 

Mayın 8-də  açılacaq abidə kompleksində 416-cı diviziyada döyüşən azərbaycanlıların adları, diviziyanın Mozdokdan Berlinə qədər keçdiyi döyüş yolunu əks etdirən xəritə lövhəsi, əbədi məşəl və diviziyanın təltif olunduğu orden və medalların stendi quraşdırılacaq. Kompleksin üzərində Azərbaycan bayrağı dalğalanacaq.   

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR