Bu gün ÜST C virus hepatitini yoluxmuş insanın qanı ilə təmas nəticəsində ötürülən, sirroza, qaraciyər xərçənginə, hətta ölümə gətirib çıxara bilən ömürlük hal kimi qiymətləndirir. Müalicə olunmadıqda bu virus hər virus hər il 350 min insanın vəfatına səbəb olur. Lakin PEQləşdirilmiş, yəni polietilenqlikol molekulu ilə birləşdirilmiş alfa interferonla müalicə qaraciyərlərin zədələnməsinin qarşısını alır və ciddi fəsadlardan insanı xilas edir.
ÜST-ün başlıca dərman vasitələrinin Nümunəvi Siyahısı iki ildən bir yenilənir. Nümunəvi Siyahıya dəyişiklərin edilməsi dünyada ictimai səhiyyə qarşısında duran problemlərin dəyişməsini əks etdirir.