Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ölkə üzrə ağacəkmə kampaniyasına başlanıb. APA-nın məlumatına görə, partiyanın yaranmasının 25 illiyinə həsr olunan kampaniyaya bu gün Bakı ətrafında start verilib.
YAP-ın sədr müavini, baş nazirin müavini Əli Əhmədov, partiyadan olan Milli Məclis üzvləri, hökumət təmsilçiləri, gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə Zirə-Qala yolunda ağaclar əkilib. Ə. Əhmədov bildirib ki, kampaniya müddətində 700 000 ağacın əkilməsi nəzərdə tutulub.