Zərdab. Zahid Abışov – APA. Bu gün səhər saatlarından Zərdab rayonuna və Ucar rayonunun Lək kəndinə təbii qazın verilişi dayandırılıb. Zərdab rayon Qaz İstismar Sahəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, bu gün səhər saat 11:00 radələrindən Zərdab rayonunun bütün yaşayış məntəqələri və Ucar – Zərdab əsas magistral qaz borusundan qazla təmin olunan Ucar rayonunun Lək kəndinə də təbii qazın verilişində fasilə yaranıb.
Buna səbəb isə Ucar-Zərdab əsas magistral qaz xəttində iki ayrı – ayrı yerlərdən sızmalar baş verməsidir. Hazırda həmin ərazilərdə təmir briqadaları bərpa işləri aparır. Təmir işləri axşam saatlarına kimi yekunlaşacaq və əhali yenidən təbii qazla təmin olunacaq.