Xəzər dənizində zəlzələ baş verib.
APA Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar əsasən yerli vaxtla saat 19:12-də Xəzər dənizinin Rusiya sahillərində, Dərbənd yaxınlığında qeydə alınıb.
Bildirilir ki, burada zəlzələnin maqnitudası 3,1 bal olub. Zəlzələ hiss edilməyib.