Yanvar-aprel aylarında 15 mindən çox şəxsə əlillik təyin olunub

Yanvar-aprel aylarında 15 mindən çox şəxsə əlillik təyin olunub
# 07 may 2024 11:08 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15,1 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, onlardan 7,3 mininə ilkin, 7,8 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR