"Yuventus"un futbolçusu əməliyyat olunacaq

"Yuventus"un futbolçusu əməliyyat olunacaq
# 04 dekabr 2019 08:41 (UTC +04:00)

"Yuventus"un yarımmüdafiəçisi Sami Xedira əməliyyat olunacaq.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Turin klubu rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, Almaniya millisinin üzvü bu gün sol dizindən cərrahiyyə əməliyyatı keçirəcək. O, A seriyasının XIV turunda "Sassuolo" ilə (2:2) qarşılaşmanı da məhz bu zədəyə görə buraxmışdı. Sol diz bağlarında problem yaşayan 32 yaşlı futbolçunun əməliyyatı Auqsburqda olacaq.

Qeyd edək ki, 2015-ci ildən "Yuventus"un formasını geyinən Sami Xedira bu mövsüm A seriyasında 12 oyunda iştirak edib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR