Gələn ilin qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə fənlər üzrə elmi-metodiki seminarlar başlayır

Gələn ilin qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə fənlər üzrə elmi-metodiki seminarlar başlayır
# 17 oktyabr 2016 14:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Dövlət İmtahan Mərkəzində 2017-ci ilin qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə oktyabrın 24-dən fənlər üzrə elmi-metodiki seminarlar öz işinə başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, seminarlar 14 fənn üzrə - Ana dili və ədəbiyyat, Azərbaycan dili (təlim rus dilində olan məktəblər üçün), İngilis dili, Alman dili, Fransız dili, Kimya, Fizika, Русский язык и литература, Русский язык (Azərbaycan bölməsində xarici dil kimi), Şərq dilləri (ərəb, fars), Biologiya, Tarix, Coğrafiya və Riyaziyyat fənləri üzrə aparılacaq.

Elmi-metodiki seminarlar Asiya Universitetinin binasında aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR