Polis İdarəsi: Milli Şuranın Bakıda keçirdiyi mitinqdə 1200 nəfər iştirak edib - YENİLƏNİB

Polis İdarəsi: Milli Şuranın Bakıda keçirdiyi mitinqdə 1200 nəfər iştirak edib - <span style="color: red;">YENİLƏNİB
# 31 mart 2018 15:13 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

İdarədən APA-ya daxil olan məlumatda bildirilir ki, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

***

15:27

Bakıda Milli Şuranın mitinqi başlayıb.

APA-nın xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçmiş “Məhsul” stadionunda keçirilir.

Aksiya iştirakçılarının təhlükəsizliyi polis tərəfindən təmin olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR