Özbəkistan tarixçisinin Qarabağ probleminə həsr etdiyi kitabların təqdimatı olub

Özbəkistan tarixçisinin Qarabağ probleminə həsr etdiyi kitabların təqdimatı olub
# 25 oktyabr 2016 09:49 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Prezident kitabxanasında Özbəkistan tarixçisi Şuxrat Salamovun (Barlas) "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" və "Qarabağ: ideyalar müharibəsi" kitablarının təqdimatı olub. APA-nın xəbərinə görə, Prezident kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, Ş. Salamovun kitablarında tutarlı faktlar yer alıb.

Direktor əlavə edib ki, rəhbərlik etdiyi kitabxananın kollektivi Ş. Salamovun aparacağı tədqiqat işlərində köməklik etməyə hazırdır.

AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd edib ki, Tarix İnstitutu Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları faktlarla sübut edib: "Biz gələn il mart-aprel aylarında IV soyqırımı konfransını keçirəyik".

Onun sözlərinə görə, Ş. Salamovun "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" kitabı ermənilərin türk xalqlarına qarşı törətdikləri soyqırımı siyasətindən bəhs edən qiymətli əsərdir: "Bu qiymətli əsər Orta Asiyada bu mövzuda yazılan ilk tədqiqat işidir".

Y. Mahmudov qeyd edib ki, "Qarabağ: ideyalar müharibəsi" kitabında təkzibolunmaz və çox saylı arxiv sübutları yer alıb.

Şuxrat Salamov bildirib ki, multikultural dəyərlərə üstünlük verən Azərbaycan sülhsevərliyi ilə dünyada tanınır. Müəllifin sözlərinə görə, kitablarda Ermənistan-Azərbaycan münaqişəsindən bəhs olunur, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları tutarlı faktlarla ifşa edilib.

Tədbirdə Ş. Salamova Tarix İnstitutunun fəxri doktoru adı verilməsi haqda institutun Elmi Şurasının qərarı səsləndirilib, ona fəxri doktor diplomu təqdim olunub.

Tədbir çıxışlarla davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR