Azərbaycanda cəzaçəkmə müəssisəsində məhkum ölüb

Azərbaycanda cəzaçəkmə müəssisəsində məhkum ölüb
# 22 oktyabr 2015 09:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda cəzaçəkmə müəssisəsində məhkum ölüb.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun APA-ya verdiyi məlumata görə, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mirzəyev Ramiz İsmayıl oğlu qəflətən dünyasını dəyişib. Aparılan yoxlamalar zamanı onun infarktdan öldüyü məlum olub.

R. Mirzəyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə təqsirləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR