Kriştianu Ronaldu mövsüm ərzində 4-cü penaltini vura bilməyib

Kriştianu Ronaldu mövsüm ərzində 4-cü penaltini vura bilməyib
# 26 mart 2016 02:17 (UTC +04:00)

Bakı-APA. Portuqaliyanın futbol üzrə yığma komandası yoldaşlıq matçında öz meydanında gözlənilmədən Bolqarıstan millisinə məğlub olub – 0:1.

APA-nın məlumatına görə, yeganə qolu Marselinyo (19 dəq.) meydan sahiblərinin qapısından keçirib.

Oyunun 66-cı dəqiqəsində portuqalların lideri Kriştianu Ronaldu 11-metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək, Portuqaliya və “Real” (Madrid) ulduzu mövsümdə sayca 4-cü penaltini vura bilməyib. Bundan əvvəl martın 20-də, İspaniya çempionatının 30 turu çərçivəsində keçirilən “Real”-“Sevilya” matçında K.Ronaldu penaltini dəqiq yerinə yetirə bilməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR