Avstraliya parlamentinin buraxılacağı təsdiqlənib

Avstraliya parlamentinin buraxılacağı təsdiqlənib
# 08 may 2016 07:21 (UTC +04:00)

Bakı-APA. Bu gün Avstraliyanın baş naziri Malkolğm Ternbull qanunverici orqanın hər iki palatasının buraxılacağı və yeni parlament seçkilərinin iyulun 2-də keçiriləcəyini təsdiqləyib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, M. Ternbull bildirib ki, bu gün səhər general-qubernator onun parlamentin hər iki palatasının buraxılması və və seçkilərin iyulun 2-ə təyin edilməsi barədə tövsiyəsini qəbul edib

Qeyd edək ki, bundan əvvəl M. Ternbull bəyan etmişdi ki, əgər parlament hökumətin iki qanun layihəsini qəbul etməsə, parlamenti buraxmağa hazırdır. Qanun layihələrindən biri həmkarlar təşkilatlarının fəaliyyətinə qarşıdır. İkinci qanun layihəsi isə Tikinti və Sənaye üzrə Avstraliya Komissiyasının bərpasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR