Paytaxtda 17 yaşlı oğlan ölümcül bıçaqlanıb

Paytaxtda 17 yaşlı oğlan ölümcül bıçaqlanıb
# 04 aprel 2016 07:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1999-cu il təvəllüdlü Ramin Cəfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin Əhməd Əhmədov tərəfindən törədilməsi müəyyən edilib. Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.

Faktla bağla Xətai Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR