Rumıniyada 6,1 bal gücündə zəlzələ baş verib

Rumıniyada 6,1 bal gücündə zəlzələ baş verib
# 24 sentyabr 2016 01:34 (UTC +04:00)

Bakı-APA. Rumıniyada 6,1 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri paytaxt Buxarestdən 145 km şimalda, ocağı isə 100 km dərinlikdə yerləşib.

Zəlzələ Moldova və Ukraynada da hiss olunub. Moldovanın paytaxt Kişinyovda 5 bal gücündə zəlzələnin qeydə alındığı bildirilir.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR