Qaradağda yol-nəqliyyat hadisəsi olub, ölən xə xəsarət alanlar var

Qaradağda yol-nəqliyyat hadisəsi olub, ölən xə xəsarət alanlar var
# 05 dekabr 2015 10:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Qaradağ rayonunda baş vermiş yol qəzası zamanı xəsarət alan şəxslərdən biri ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 4-də saat 05 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Tərtər rayon sakini İldırım Bəylərov idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarında dayanmış Astara rayon sakini Əli Şükürovun idarə etdiyi “DAF” markalı yük avtomobilinə vurub. Nəticədə İ.Bəylərovun 6 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan Gültəkin Xəlilova orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR