İran Rusiyadan “T-90” tankları almaq niyyətindədir

İran Rusiyadan “T-90” tankları almaq niyyətindədir
# 08 dekabr 2015 21:32 (UTC +04:00)

Bakı-APA. İran Rusiyadan “T-90” tankları almaq niyyətindədir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Tehranda İranın Quru Qoşunları komandanı briqada generalı Əhməd Rza Pürdastan bildirib.

“Bizim Rusiya ilə hərbi-texniki sahədə münasibətlərimiz möhkəmlənib. Rusiyanın “T-90” tanklarının alınması məsələsi gündəmdədir. Ümid edirik ki, müvafiq kontraktlar imzalanacaq və bizim mütəxəssislər bu müasir texnikanın istismar təcrübəsini mənimsəmək üçün Rusiyaya yollanacaqlar”, deyə general Əhməd Rza Pürdastan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR