Şəmkirdə meşədə yanğın baş verib

Şəmkirdə meşədə yanğın baş verib
# 18 iyul 2016 18:43 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə meşə sahəsində yanğın baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanğın rayonun Abbaslı kəndi ərazisində olan meşəlikdə yaranıb.

Əvvəlcə kol-kos yansa da sonradan alov yaxınlıqda olan meşədə hündür ağaclara keçib. Hadisə yerinə Şəmkir Yanğından Mühafizə hissəsinin 3 avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb edilib.

Gəncədən də bir yanğınsöndürmə avtomobili kömək üçün əraziyə cəlb edilib. Alovun söndürülməsi istiqamətində iş gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR