Rusiya Suriyada yeni hava hücumundan müdafiə sistemi yerləşdirib

Rusiya Suriyada yeni hava hücumundan müdafiə sistemi yerləşdirib
# 04 oktyabr 2016 10:32 (UTC +04:00)

Bakı - APA. Rusiya Suriyada ilə dəfə olaraq "Antey-2500" C-300B4 (NATO təsnifatına görə SA-23 Gladiator) qabaqcıl hava hücumundan müdafiə sistemi yerləşdirib.

APA-nın məlumatına görə, bunu "Fox News" kanalına açıqlamasında ABŞ-ın hərbi mənbələrindən bildiriblər.

Amerikalı hərbçilər Rusiyanın yeni HHM sistemini gəmi ilə ötən həftənin sonunda Suriyanın Tartus limanına çatdırdığını deyiblər. Bu, ABŞ ilə Rusiya arasında Suriyaya dair geniş dialoqun dayandırıldığı zamana təsadüf edir. Bu addım həm də Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə hərbi dəstəyi davam etdirəcəyi anlamına gəlir.

"Antey-2500" C-300B4 sistemi 150 mil mənzilə malikdir və ilk dəfədir Rusiya sərhədlərindən kənarda yerləşdirilir. Sistem 250 km məsafədə olan hədəfləri - hərbi təyyarələri, qanadlı və ballistik raketləri iki ayrı raketlə vurmağa qadirdir. Suriyadakı terror təşkilatları bu cür silahlara malik olmadığı üçün bu sistemin ABŞ-ın Əsəd qüvvələrinə qarşı mümkün raket-aviasiya zərbələrini əngəlləmək məqsədilə Suriyada yerləşdirildiyi güman edilir.

Xatırladaq ki, Rusiya keçən ilin noyabr ayında Türkiyə tərəfindən hərbi təyyarəsinin vurulmasından sonra Suriyada “S-400” zenit-raket kompleksləri yerləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR