Azərbaycan prezidenti Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı sərəncam imzalayıb

Azərbaycan prezidenti Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı sərəncam imzalayıb
# 18 aprel 2016 17:21 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 18 mart tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, qanunun 240.3.2-ci maddəsində “külli” sözündən əvvəl “güclü təsir edən maddələrə münasibətdə” sözləri əlavə edilib, 240-cı maddənin “Qeyd” hissəsində isə “onların” sözü “güclü təsir edən maddələrin” sözləri ilə əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR