Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən daha iki nəfər xilas edilib

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən daha iki nəfər xilas edilib
# 01 avqust 2016 13:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən daha iki nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR