Argentinada avtobusun yarğana aşması nəticəsində 41 nəfər ölüb

Argentinada avtobusun yarğana aşması nəticəsində 41 nəfər ölüb
# 14 dekabr 2015 13:56 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Argentinanın şimal-qərbində yerləşən Salta əyalətində jandarma avtobusunun yarğana yuvarlanması nəticəsində azı 41 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə TN telekanalı məlumat yayıb.

Məlumata görə, onlarla hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı hərbçilər xəstəxanaya çatdırılıb.

Digər iki avtobusda olan hərbçilər xilasetmə əməliyyatlarında iştirak ediblər.

Yerli jurnalistlərdən birinin sözlərinə görə, avtobusun yarğana yuvarlanmasına texniki nasazlıq səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR