Bakıda intihara cəhd edən şəxs xilas edilib

Bakıda intihara cəhd edən şəxs xilas edilib
# 15 dekabr 2015 11:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda özünü dənizə ataraq intihar etmək istəyən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR