Boliviyada yol qəzasında azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb

Boliviyada yol qəzasında azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb
# 03 sentyabr 2016 22:09 (UTC +04:00)

Bakı-APA. Boliviyada avtobusun qəzaya uğraması nəticəsində azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Santa-Krus – Sukre marşrutu üzrə hərəkət edən avtobus Saipina şəhəri yaxınlığında dərinliyi 15 metr olan dərəyə yuvarlanıb.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb, qəzanın səbəbləri araşdırılır.

İlkin məlumata görə, sürücünün döngədə idarəetməni itirməsi qəzaya səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR