Qaradağda yük avtomobili piyadanı vurub

Qaradağda yük avtomobili piyadanı vurub
# 11 dekabr 2015 03:14 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Qaradağda yük avtomobili piyadanı vurub. APA TV-nin məlumatına görə, Müşfiqabad qəsəbəsi ərazisində "İsuzu" markalı yük avtomobilinin sürücüsü maşını arxaya verərkən 53 yaşlı İmaməddin Fazilovu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Müayinə zamanı İmaməddin Fazilovda kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətləri olması məlum olub.

Sürücünün ifadəsi alınıb, avtomobili cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar Baş Dövlət Yol İdarəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR