Ermənistanda konstitusiya islahatlarının əleyhdarları İrəvanın mərkəzində yürüş keçiriblər

Ermənistanda konstitusiya islahatlarının əleyhdarları İrəvanın mərkəzində yürüş keçiriblər
# 03 dekabr 2015 17:52 (UTC +04:00)

Bakı-APA. Ermənistanda konstitusiya islahatlarının əleyhdarları bu gün axşam saatlarında İrəvanın mərkəzində yürüş keçiriblər. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, yürüş Azadlıq meydanında təşkil olunmuş mitinqdən sonra başlayıb və İrəvanın bir neçə mərkəzi küçə və meydanlarını əhatə edib.

Məlumata görə, yürüş zamanı insident baş verməyib.

Aksiya iştirakçılarının bir hissəsi “Yeni Ermənistan” hərəkatı tərəfindən Azadlıq meydanında təşkil olunan fasiləsiz oturaq piketini davam etdirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR