FİFA Dəniz Yılmazın Azərbaycan millisində oynamasına icazə verib

FİFA Dəniz Yılmazın Azərbaycan millisində oynamasına icazə verib
# 02 sentyabr 2016 15:17 (UTC +04:00)

Bakı – APA. "Bursaspor"un hücumçusu Dəniz Yılmazın Azərbaycan yığmasında oynayıb-oynamayacağına aydınlıq gəlib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu barədə müraciəti ilə əlaqədar qərar qəbul edib.

Qərarda bildirilir ki, AFFA və Dəniz Yılmazın assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun və bu qərar tərəflərə göndərilən tarixdən etibarən Yılmaza Azərbaycan millisində çıxış etmək icazəsi verilsin.

FİFA bu barədə UEFA və Türkiyə Futbol Federasiyasını da məlumatlandırıb.

Qeyd edək ki, ali futbol qurumu bundan öncə AFFA-nın Ramil Şeydayev və Emin Mahmudovla bağlı müraciətini də müsbət cavablandırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR