Gəncədə 58 yaşlı kişi küçədə ölüb

Gəncədə 58 yaşlı kişi küçədə ölüb
# 30 sentyabr 2016 10:39 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini yolda dünyasını dəyişib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1958-ci il təvəllüdlü Eldəniz Əsədzadə şəhərin Heydər Əliyev prospektində özünü pis hiss edib. Əraziyə çağırılan Təcili Tibbi Yardım briqadası müayinə zamanı E. Əsədzadənin dünyasını dəyişdiyini müəyyənləşdiriblər. Onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR