Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyə generalı ilə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyə generalı ilə görüşüb
# 14 dekabr 2015 12:08 (UTC +04:00)

Bakı – APA. Dekabrın 14-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin hava daşımaları komandiri, general-leytenant Tayfur Fikrət Erbilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və qardaş ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi İhsan Başbozkurt da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR