"SOCAR Trading" "İlin strateji razılaşması" nominasiyasında mükafatlandırılıb

"SOCAR Trading" "İlin strateji razılaşması" nominasiyasında mükafatlandırılıb
# 14 dekabr 2015 11:45 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi olan "SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub.

"SOCAR Trading"dən "APA-Economics"ə verilən məlumata görə, Nyu-Yorkda keçirilən təltifetmə mərasimdə şirkət "İlin strateji razılaşması" nominasiyasında mükafatlandırılıb. Şirkət bu mükafata Maltadakı LNG layihəsinə görə layiq görülüb.

Qeyd edək ki, "Platts Global Energy Awards" 1999-cu ildə təsis edilib və enerji sahəsinin "Oskar"ı kimi qəbul olunur. Müsabiqə dünyanın enerji sektorunda 17 kateqoriya üzrə fəaliyyət istiqamətlərini əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR