Sloveniyada xəstəxanada atışma olub, ölən və yaralananlar var

Sloveniyada xəstəxanada atışma olub, ölən və yaralananlar var
# 22 avqust 2016 18:21 (UTC +04:00)

Bakı-APA. Sloveniyanın İzola şəhərində 68 yaşlı kişi müalicə aldığı xəstəxanada atəş açıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 həkim və 1 polis əməkdaşı ölüb, daha 2 nəfər xəsarət alıb.

Cinayəti törədən şəxs hadisə yerini tərk etməyə cəhd göstərərkən polis tərəfindən güllələnib. İnsidentin təfərrüatları müəyyənləşdirilir. İlkin məlumata əsasən, cinayətkar bundan əvvəl məhkumluq həyatı yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR