“Su İdmanı Sarayı” MMC və “Milli Gimnastika Arenası” MMC Gənclər və İdman Nazirliyinin tebeliyinə verilib

“Su İdmanı Sarayı” MMC və “Milli Gimnastika Arenası” MMC Gənclər və İdman Nazirliyinin tebeliyinə verilib
# 30 yanvar 2016 22:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər ediib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumların sayı artırılıb.

Qərara əsasən “Gəncə Olimpiya İdman Kompleksi” MMC, “Tovuz Olimpiya İdman Kompleksi” MMC, “İmişli Olimpiya İdman Kompleksi” MMC, “Qəbələ Olimpiya İdman Kompleksi” MMC, “Sumqayıt Olimpiya İdman Kompleksi” MMC, “Astara Olimpiya İdman Kompleksi” MMC, “Cəlilabad Olimpiya İdman Kompleksi” MMC, “Qobustan Olimpiya İdman Kompleksi” MMC, “Xaçmaz Olimpiya İdman Kompleksi” MMC, “Şirvan Olimpiya İdman Kompleksi” MMC, “Qax Olimpiya İdman Kompleksi” MMC, “Göygöl Olimpiya İdman Kompleksi” MMC, “Goranboy Üzgüçülük Hovuzu” MMC, “Daşkəsən Rayon Gənclərin Təlim və İstirahət Mərkəzi” MMC, “Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu” MMC, “Milli Gimnastika Arenası” MMC və “Su İdmanı Sarayı” MMC ” Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumların siüahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR