Xaçmazda velosipedçini maşın vurub

Xaçmazda velosipedçini maşın vurub
# 12 aprel 2016 11:20 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 90 OP 043 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşın şəhərin Nəriman Nərimanov küçəsində hərəkətdə olan velosipedçini vurub. Müxtəlif bədən xəsarətləri alan 1993-cü il təvəllüdlü Absəlimov Kamil Ədalət oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR