Rusiyanın sabiq baş naziri: "Kiyevlə Donbas arasında birbaşa dialoqa ehtiyac var"

Rusiyanın sabiq baş naziri: "Kiyevlə Donbas arasında birbaşa dialoqa ehtiyac var"
# 10 mart 2016 14:30 (UTC +04:00)


Bakı. Məlahət Nəcəfova - APA. "Berlin divarının dağılması ilə ikiqütblü dünya da dağılmış oldu, Sovet İttifaqı 15 dövlətə parçalandı, onlar müstəqil dövlətlər oldu".

APA-nın məlumatına görə, bunu Rusiyanın keçmiş baş naziri, "Qazprom" şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkov IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi” mövzusunda paneldəki çıxşında deyib.

V. Zubkov bildirib ki, Almaniyanın birləşməsində və Sovet İttifaqının parçalanmasının razılaşmasında iştirak etmiş Mixail Qorbaçov bu yaxınlarda 85 yaşını qeyd edib: "O, dünyaya yeni həyat gətirib. Rusiyada hələ də ona münasibət birmənalı deyil. Sazişi imzalayan zaman ona vəd etdilər ki, NATO SSRİ sərhədlərinə genişlənməyəcək. Amma onu aldatdılar".

O, Ukraynanın şərqindəki münaqişəyə də toxunub: "Ukraynadakı münaqişənin həll olunsması üçün nə etmək lazımdır? Bu gün orada aktiv hərbi əməliyyatlar getmir, nə sülh, var nə müharibədir... Kiyevlə Donbas arasında dialoqa ehtiyac var. İlk növbədə silahlar çıxarılmalıdır. Bununla bağlı hələ də dəqiq məlumat yoxdur. Siyasi məsələlərin də imitasiyası baş verir. Amma heç bir iş görülmür. Kompleks tədbirlər görülməlidir. Rusiya kompromis tədbirləri işləyib hazırlayıb. Birinci növbədə Ukraynada Konstitusiya islahatları keçirilməlidir. Amerikalılar, avropalılar da bu təklifləri səsləndiriblər. Amma Kiyev tərəfindən reaksiya verilməyib. Hesab edirəm ki, birbaşa dialoq lazımdır. Minsk razılaşmasında əksini tapan tədbirlər görülməlidir. Uelsdə keçirilən görüş zamanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi açıq şəkildə bildirdi ki, Rusiya ordusu ilə mübarizə aparmırlar. Bu sözlərə daha nəyi əlavə etmək olar?"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR