Şimal bölgəsinin dağlıq ərazilərinə qar yağıb

Şimal bölgəsinin dağlıq ərazilərinə qar yağıb
# 16 mart 2016 07:26 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın dağlıq ərazilərində qarın hündürlüyü 19 santimetrə çatıb. Xaltan kəndində 19 sm, Xınalıqda 6 sm, Qırızda 5 sm, Xızının Altıağac qəsəbəsində 16 sm, Qusarın Ləzə kəndi ərazisində 15 sm hündürlüyündə qar yağıb. Temperatur isə bəzi ərazilərdə mənfi 13 dərəcəyədək enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR