Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 45,5% azalıb

Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 45,5% azalıb
# 17 mart 2016 09:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2 mlrd. 203 mln. 344,30 min ABŞ dolları təşkil edib.


"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu göstəricidə ötən ilin analoji dövrü ilə müqayisədə 45,51% azalma müşahidə olunur.

Ötən iki ay ərzində idxal əməliyyatları 979 mln. 874,94 min dollar olub ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 42,67% azdır.

Yanvar-fevral aylarında Azərbaycan 1 mlrd. 223 mln. 469,36 min dollarlıq ixrac əməliyyatları həyata keçirib ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 47,59% azdır.


Nəticədə 243 594,42 min dollar müsbət saldo yaranıb ki, bu da 2015-ci ilin iki ayı ilə müqayisədə 2,57 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR