“Ronahi” Kürd Mədəniyyət Mərkəzi: Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hazırıq

“Ronahi” Kürd Mədəniyyət Mərkəzi: Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hazırıq
# 07 aprel 2016 13:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. "Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyən “Ronahi” Kürd Mədəniyyət Mərkəzi, ölkədə yaşayan bütün etnik icmalar kimi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə etirazını bildirir, işğal faktı ilə heç zaman barışmayacağımızı bəyan edirik”.

APA-nın xəbərinə görə, bu barədə “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin cəbhədə yaranmış vəziyyətlə bağlı bəyanatında bildirilib.

Qeyd olunub ki, tarixin müxtəlif dönəmlərində olduğu kimi, 20-ci əsrin sonlarında da ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və kütləvi qətliamlar zamanı kürdlərə qarşı da xüsusi amansızlıq olub, yaşayış məskənləri məhv edilib, doğma ata-baba yurdlarından didərgin salınıblar. Biz - Azərbaycanda yaşayan kürdlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, əsassız ərazi iddialarını və qanlı erməni separatizmini qətiyyətlə pisləyir, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazır olduğumuzu bir daha bəyan edirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR