Fəzail Ağamalı seçicilərlə növbəti görüşünü keçirib - FOTOSESSİYA

Fəzail Ağamalı seçicilərlə növbəti görüşünü keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 21 oktyabr 2015 15:00 (UTC +04:00)

Bakı – APA. Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Yenikənd, Həsənli, Qardili, Şəkərli kəndlərinin sakinləri ilə növbəti görüşünü keçirib.

Partiyanın mətbuat xədmətindən APA-ya verilən məlumata görə, yüzlərlə seçicinin iştirakı ilə keçirilən görüşü Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov açaraq seçicilərə namizədin fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirilib ki, F.Ağamalı ötən əsrin 80-ci illərinin axırlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatında da yaxından iştirak edib, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi uğrunda ən fəal mübarizə aparanlardan biri olub. Qeyd olunub ki, son beş il ərzində F.Ağamalı ona müraciət edən seçicilərin problemlərinin həllində yaxından iştirak edib.

Görüş iştirakçıları prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini müdafiə etdiklərini bildiriblər və bu siyasətin ən fəal iştirakçılarından biri olan Fəzail Ağamalıya səs verəcəklərini diqqətə çatdırıblar.

Kənd ağsaqqallarından Allahyar Əsədov, əmək veteranı Mahmud Cəfərov, kənd ziyalıları Elmira İbrahimova, Səlimağa Səlimov və digər şəxslər çıxış edərək, kəndlərində yaradılmış yüksək şəraitə görə ölkə başçısı İlham Əliyevə təşəkkürlərini bildirərək, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və F.Ağamalıya səs verməyə çağırıblar.

Görüşdən sonra gənc müəllimlər Esmira və Ayşənin təklifi ilə Fəzail Ağamalı məktəbə gedərək, oradakı şəraitlə yaxından tanış olub. Müəllimlər gələcəkdə məktəbin tam orta məktəbə keçirilməsi üçün məsələnin müvafiq qurumlar qarşısında qaldırılmasını F.Ağamlıdan xahiş ediblər.

Görüşdə F.Ağamalının vəkilləri – Qulu Novruzov, Xidmət Orucov və Yavər Hüseynov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR