Bakıda ağır yol qəzası baş verib, qadın sürücü maşının şüşəsindən çıxaraq divara çırpılıb

Bakıda ağır yol qəzası baş verib, qadın sürücü maşının şüşəsindən çıxaraq divara çırpılıb
# 29 fevral 2016 19:20 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakıda zəncirvari yol qəzası baş verib, üç avtomobil toqquşub. APA-nın məlumatına görə, hadisə Səbail rayonu ərazisində, Teymur Elçin küçəsində qeydə alınıb. İlkin ehtimala görə, qəzaya Əsgərova Ləman Mahmud qızının idarə etdiyi KİA markalı avtomobil səbəb olub. Qadın sürücünün idarə etdiyi avtomobil “Azneft dairəsi” istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qarşıdan gələn “Peugeot” markalı avtomobilə, o isə “Toyota” markalı başqa maşına çırpılıb.

Zərbənin təsirindən Ləman Əsgərova avtomobilin alın şüşəsindən çıxaraq yol kənarındakı divara çırpılıb. Avtomobildəki sərnişin də xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Qadın sürücü və yaralı sərnişin 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR