Cənubi Osetiyada avtobus uçuruma aşıb, altı Rusiya zabiti ölüb

Cənubi Osetiyada avtobus uçuruma aşıb, altı Rusiya zabiti ölüb
# 19 may 2016 11:58 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Cənubi Osetiyada Rusiya hərbçilərini daşıyan avtobus Tsxinval-Kançaveti dağ yolunda uçuruma düşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 zabit ölüb, 16-sı isə xəsarət alıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə avtobusun hərbçiləri toplanışa apardığı zaman baş verib. Yaralılar Tsixinvaldakı xəstəxanaya çatdırılıb, onlara lazımi tibbi yadım göstərilib.

Qəzaya əyləcin sıradan çıxması səbəb olub.

Rusiya müdafiə naziri Sergey Şoyqunun göstərişi ilə Moskvanın Çkalovsk aerodromundan hərbi həkimləri daşıyan təyyarə yaralıları Moskvaya gətirmək üçün hadisə yerinə yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR