Bakı – APA. Müdafiə sənayesi naziri Yavər Camalov “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə qatılan Türkiyənin milli müdafiə naziri Fikri İşığın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
MSN-dən APA-ya verilən xəbərə görə, görüşdə iki qardaş ölkə arasında mövcud olan əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
F. İşıq “ADEX-2016” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun da iştirak edib.